SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bu gecə zabit yoldaşlarımızdan olan, ürəyi daima Vətən sevgisilə döyünən, Qarabağımızın azadlığı naminə hər zaman özünü fəda etməyə hazır olan Rəşad Həsənov Sankt Peterburqda koronavirusdan dünyasını dəyişərək əbədiyyətə qovuşdu".

BAKU.WS axeber.az-a istinadən xəbər verir ki, bu sözləri general-mayor Qabil Məmmədov deyib:

"Dəyərli Dostlar!

Bu gecə zabit yoldaşlarımızdan olan, ürəyi daima Vətən sevgisilə döyünən, Qarabağımızın azadlığı naminə hər zaman özünü fəda etməyə hazır olan Rəşad Həsənov Sankt Peterburqda koronavirusdan dünyasını dəyişərək əbədiyyətə qovuşdu.

Rəşad yaddaşlarda çox mərd, qorxmaz, ədalətsizliyə və haqsızlığa qarşı daima səfərbər, zəiflərə arxa, özünəməxsus prinsipial baxışları ilə digərlərindən seçilən bir ləyaqətli insan kimi yadda qalacaq. Onun ürəyi həyat sevgisilə çırpınır, Qarabağın azad olunacağını çox səbirsizliklə gözləyirdi. Azərbaycanımızın xoş gələcəyi naminə hər zaman ölümə atılmağa hazır idi...

Allah rəhmət eləsin! Valideynlərinə, yaxınlarına Allah səbr versin, başımız sağ olsun deyirəm!"

Allah rəhmət eləsin!

BAKU.WS