SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün səhər saatlarından başlayaraq paytaxtın 100-dən çox əsas küçə və prospektlərində xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır.

BAKU.WS-in məlumatına görə, paytaxtın kommunal xidmətindən Oxu.Az-a bildirilib ki, artıq 25-dən çox küçə dezinfeksiya olunub.

Dezinfeksiya işləri 28 May küçəsindən başlanılıb.

Rəşid Behbudov küçəsi, Bülbül prospekti, Hüseyn Cavid prospekti, Qurban Abbasov küçəsi, Neftçilər prospekti, Mehdi Hüseyn küçəsi, Bakıxanov küçəsi, Azərbaycan prospekti, İstiqlaliyyət küçəsi, Şeyx Şamil küçəsi, Qara Qarayev prospekti, Məhəmməd Hadi küçəsi, Atatürk prospekti və digər küçələr istiqamətində işlər aparılacaq.

Qeyd edək ki, bu gün sakinlərə ciddi zərurət yaranmadığı təqdirdə küçəyə çıxmamaqla bağlı xəbərdarlıq edilib.

***08:37

Mayın 2-də Bakıda hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq seçilmiş, şəhər əhəmiyyətli 200-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

BAKU.WS xəbər verir ki, həmin dezinfeksiyaedici maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

BAKU.WS