VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Koronovirus pandemiyası İrana gəlib çıxanda fikirləşdim ki, onsuz da Bakıda heç bir işim yoxdur. Ata yurdum və məskənim olan Şabran rayonuna, anamın yaşadığı bağ evinə gəldim. Elə oldu ki, burada uzun müddət qalası oldum. Artıq 38-ci gündür ki, paytaxtdan kənarda, Şabrandayam”.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu hind rəqslərinin mahir ifaçısı və cazibədar aktrisa Oksana Rəsulova İTV-də yayımlanan “Gəl, qonaq ol!” əyləncəli proqramına “Skype” vasitəsilə qoşularkən deyib.

Aktrisa karantin günlərini ailəsi ilə birgə keçirdiyini bildirib:

“Ana olmağa hazırlaşdığım vaxt Şabrana gəlib, burada uzun müddət qalmışdım. Anamın və atamın yanında... Ailəm də buradadır. Yeni layihələr, planlar haqqında düşünürəm. Etmədiyim şeyləri burada edirəm. Bizim böyük bağımız var. Ev işlərində anama, bağ işlərində isə atama kömək edirəm. Toyuqlara, cücələrə yem verirəm. Yemək bişirib, ev yığışdırıram. Bir sözlə, rayon qızı olmuşam”.

Proqramın aparıcı Saleh Bağırovun O.Rəsulovaya ünvanladığı “Oğlunuz Osman haradadır?” sualına aktrisa belə cavab verib:

“Əgər oğlum Osmanla birlikdə buradan canlı efirə çıxsam, bir yerdə oturmayacaq. Birtəhər onun başını qatıb, sizinlə söhbət etməyə gəldim”.

Daha sonra aparıcının xahişi ilə cazibədar aktrisa hind mahnısının sədaları altında yoqa hərəkətlərini əyani sürətdə nümayiş etdirib.

Qeyd edək ki, ixtisasca ginekoloq olan 38 yaşlı Oksana Rəsulova üç dəfə ərdə olub. O, ikinci həyat yoldaşı - məşhur repçi Elşad Xosedən səkkiz il öncə qalmaqallı şəkildə boşanıb. 2017-ci ildə gizli şəkildə yenidən ailə həyatı quran gözəl aktrisa 2018-ci ildə Osman adlı oğlan övladını dünyaya gətirib.

BAKU.WS
QALEREYA