SİZİN REKLAM BURADA!
055 213 76 73


Dövlət tərəfindən hər bir bölgədə utilizasiya mərkəzləri yaradılıb və koronaviruslu xəstələrin tibbi tullantıları həmin mərkəzlərə göndərilir. Bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı deyib.

Bildirib ki, tibbi tullantılar fərqli rəngdə xüsusi tibbi tullantı torbalarında bu utilizasiya mərkəzlərində məhv edilir.

Onun sözlərinə görə, Tibbi Tullantıların İdarə olunması Proqramının icrasına ölkədə yeni növ koronavirus infeksiyasına ilk yoluxma qeydə alındığı gündən başlanıb.

Qeyd edilib ki, bu tibbi tullantılar təhlükəli biomaterial hesab edilir. Dövlət tərəfindən hər bir bölgədə utilizasiya mərkəzləri yaradılıb və həmin tibbi tullantılar fərqli rəngdə xüsusi tibbi tullantı torbalarında bu utilizasiya mərkəzlərinə göndərilir.

Bundan başqa, laboratoriyada diaqnostikadan sonra atılan tibbi tullantılar da xüsusi torbalarda avtoklavlarda zərərsizləşdirilir, sonra yenə utilizasiyaya göndərilir. Bütün bu proseslər müvafiq təlimat və proqramlara uyğun həyata keçirilir.

TƏBİB idarə heyyətinin sədri sağlam insanların istifadə etdiyi tibbi maska və əlcəklərdən də danışıb.

Ramin Bayramlı onu da qeyd edib ki, hepatitli xəstələr cərrahi əməliyyat edilirsə, onun tibbi tullantısı da təhlükəli biomaterial hesab edilir və bu tullantılar da idarə olunur.

BAKU.WS
VİDEO