VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 14.04.2020-ci il saat 00:00-dan 15.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1249 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

BAKU.WS xəbər verir, bu barədə APA-ya Baş Dövlət Yol Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 19936 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Xüsusi karantin rejiminin pozulması hallarından biri də 15.04.2020-ci il saat 04:20-də Bakı-Şamaxı avtomobil yolunun 31-ci kilometrliyində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini Bəhərçinov Şamxal Əli oğlu etibarnamə əsasında idarə etdiyi “Ford Focus” markalı 99-CJ-345 dövlət qeydiyyat nişanlı minik avtomobilinin baqaj hissəsində Şəki rayon sakini Ağakişiyev İbrahim Cumalı oğlunu polis keçid postundan paytaxt istiqamətinə keçirmək istəyərkən Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılaraq inzibati məsuliyyətə cəlb ediliblər.

BAKU.WS