SİZİN REKLAM BURADA!
055 213 76 73


COVİD 19 virusundan heç kim sığortalanmayıb, hətta həkimlər belə. O ki qaldı sıravi vətəndaş olsun.

BAKU.WS xəbər verir ki, bunu bir müddət əvvəl koronavirus xəstələrini müraciət edən, özü də yoluxduğunu dünən öyrənən həkim-rezident İTV Xəbər-ə açıqlamasında deyib.

Koronaviruslu xəstələri müalicə edən həkim rezident İsmayıl Əliyev də artıq koronavirusa yoluxub.

Koronavirus testinin cavabının pozitiv çıxdığını deyən həkim eyni zamanda vətəndaşlara səslənib:
“Dünənə qədər görünməyən qəhrəmanlardan olsam da, artıq mən də bir COVID-19 xəstəsi kimi müalicə alacağam. İnsanlar karantin rejiminə əməl etmədikcə, biz həkimlərin virusa yoluxması da qaçılmaz olacaq. "Boş şeydir", "Heç bir qorxusu yoxdur" deyənlərə səslənirəm: Heç də boş deyil. Hazırda 120-dən çox xəstəyə müalicə tədbirləri aparırıq. Bəzilərinin vəziyyəti ağır olduğuna görə reanimasiya şöbəsinə yatırılıblar.

Mən özüm də qorunmağıma baxmayaraq, rutin aparılan koronavirus testi pozitiv çıxdı. Artıq mən də o xəstələr sırasına qoşulmuşam. Hər kəsə səslənirəm, çalışın evdə qalın. Heç kəs ətrafındakı hansı insanın xəstə, hansının sağlam olduğunu bilmir. Ona görə də insanlarla təmasdan qaçın. Biz həkimlər burada koronaviruslu xəstələrdən qorunduğumuz halda yoluxuruqsa, siz çox rahatlıqla yoluxa bilərsiniz.

İsmayıl Əliyevin çağırışını təqdim edirik.

BAKU.WS
VİDEO