SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin tanınmış xəbər kanalı HaberGlobal koronavirusla mubarizədə qardaş Azərbaycanın dəstəyi barədə süjet yayımlayıb.

Süjet Heydər Əliyev Mərkəzinin üzərində Türkiyə bayrağının əks olunmasına həsr olunub.

Süjetdə Heydər Əliyev Mərkəzində Türkiyə bayrağının Azərbaycan bayrağı ilə yanaşı nümayiş olunması xüsusi vurğulanıb.

Azərbaycanın qardaş ölkəyə dəstəyini Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da izləyib.

Səfir deyib: "Bu mövzuda ölkələrarası həmrəyliyin çox böyük önəmi var. İki qardaş ölkənin bayraqlarının eyni anda dalğalanması qürurvericidir. Türkiyə və Azərbaycanın bir-birilə yaxınlığını, dəstəyini və qardaşlığını sübut edən gözəl bir hadisənin şahidi olduq".

Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Mövlüd Çavuşoğlu da rəsmi Tvitter səhifəsində Azərbaycanla bağlı paylaşım edib.

Paylaşımda deyilir ki, Bakının simvollarından olan Heydər Əliyev Mərkəzində COVID-19-la ortaq mübarizə çərçivəsində Türk bayrağı Azərbaycan bayrağı ilə birliktə dalğalanır. Tək millət, tək ürək! Türkiyə Azərbaycan #BirliktəYeneceğiz".

Xatırladaq ki, COVID-19 pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq aprelin 3-dən etibarən virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir.

İndiyədək koronavirusun geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya və İspaniyanın bayraqları Mərkəzin binasının üzərində nümayiş olunub.

Trend
BAKU.WS
VİDEO