SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxtın Yasamal rayonunda xüsusi karantin rejimi qaydalarını pozan şəxs məsuliyyətə cəlb olunub.

Bu barədə Daxili İşlər Nazirliyindən BAKU.WS-ə bildirilib.

Əvvəllər Cinayət Məcəlləsinin 243-cü (Fahişəliyə cəlb etmə) maddəsi ilə məhkum olunmuş, 1979-cu il təvəllüdlü Neftçala rayon sakini Fizuli Əliyev polisin qanuni tələblərinə tabesizlik göstərərək xüsusi karantin rejimi qaydalarını pozaraq üzərində gəzdirdiyi kəsici alətlə özünə xəsarət yetirmişdir.

Yasamal Rayon Polis İdarəsində F.Əliyev barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Rayon məhkəməsinin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 20 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

BAKU.WS