SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycanda koronavirusla mübarizədə istifadə ediləcək preparatlar, skafandrlar, şlemlər, maskalar gətirilib”.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O qeyd edib ki, hazırda ölkədə 5 milyona yaxın tibbi maska ehtiyatı yaradılıb.

“Azərbaycanda gün ərzində 450 minə yaxın tibbi maska istehsal edilir, 100 minə yaxın maska satılır”.

Koronavirusla mübarizə üçün 110 milyon manatdan çox ianə toplanıb ki, bu da müxtəlif istiqamətlər üzrə istifadə ediləcək.

BAKU.WS