VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində tətbiq etdiyi SMS xidmətindən sonra Gəncədə son vəziyyət xüsusi nəzarətə götürülüb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, ötən günlərdən fərqli olaraq hazırda Gəncə şəhərinin küçələrində insanların sayının azaldığını, küçələrin tamamilə boşaldığını görmək olur.

Vəziyyətə nəzarət üçün Daxili İşlər Nazirliyinin əməkdaşları ilə yanaşı Daxili Qoşunlar da prosesə cəlb olunub.
Piyada vətəndaşlarla yanaşı hərəkət edən avtomobillər də yoxlanılır.

Küçəyə çıxan tək-tük vətəndaşların SMS xidmətindən istifadə edib-etmədiyi müəyyən edilir və hərəkət etmələri üçün xüsusi arayışlar tələb olunur.

Aparılan profilaktik tədbirlərə baxmayaraq az sayda da olsa karantin qaydalarını pozan, təhlükəsizlik tədbirlərinə əməl etməyən şəxslərə rast gəlinir.

Bəzi hallarda isə SMS xidmətindən məlumatsız olduqlarını deyənlərdə tapılır.

Bu şəxslər barəsində qanun çərçivəsində tədbirlər görülüb.

BAKU.WS
QALEREYA