SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq nəzərdə tutulan tədbirlər icra olunur.

BAKU.WS xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin əməkdaşları və Daxili Qoşunların hərbçiləri karantin rejiminə nəzarət edirlər.

Qeyd edək ki, DİN əməkdaşları tərəfindən koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Müvafiq icazə olmadan hərəkət edən şəxslər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülür.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO

QALEREYA