SİZİN REKLAM BURADA!
055 213 76 73


Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

BAKU.WS report-a istinadən xəbər verir ki, təkcə son üç gün ərzində bununla bağlı rayonda 34 inzibati protokol tərtib olunub.

Bunlardan 3-ü karantin rejimini kobud şəkildə pozan müxtəlif ictimai iaşə obyektlərinə, o cümlədən yeməkxana, çayxana, kafe sahiblərinə, 1 nəfər sosial şəbəkədə yalan məlumat verdiyinə görə tərtib edilib. 30 nəfərə isə karantin rejimini müxtəlif səbəblərdən pozduğuna görə protokol tərtib olunub.

Rayonda ümumilikdə 5 nəfər həbs edilib, 29 nəfərə isə İnzibatı Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq protokollar tərtib edilib.

BAKU.WS