SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Habil Əliyevin qızı Vəfa Əliyeva koronavirusa tutulub.

BAKU.WS xəbər verir ki, o, hazırda xəstəxanada karantin rejimindədir.

V.Əliyeva çox da yüksək olmayan temperatur və ara-sıra öskürək simptomları müşahidə etdikdən sonra koronavirus testindən keçib və testin nəticəsi pozitiv çıxıb.

Vəfa Əliyevanın ailə üzvləri də karantinə alınıb, onlar da koronavirus testindən keçiblər, analizlər götürülüb. Nəticələr hələ məlum deyil.

Qeyd edək ki, V.Əliyeva Bakıxanov qəsəbəsindəki 22 saylı Uşaq Poliklinikasının baş həkimidir. Onun məhz orada virusa yoluxduğu ehtimal edilir.

Aysel
BAKU.WS