SİZİN REKLAM BURADA!
055 213 76 73


Əhalinin xüsusi karantin rejiminə riayət etməsi üçün polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə riayət edilməsinə nəzarətin polis əməkdaşları tərəfindən gücləndirilməsi məqsədi ilə Bakı şəhəri, eləcə də digər şəhər və rayonlarda tədbirlər davam etdirilir.

Bu məqsədlə qadağalara baxmayraq hələ də işləyən ictimai iaşə obyektləri polis əməkdaşları tərəfindən müəyyən edildiyi təqdirdə həmin yerlərin fəaliyyəti məhdudlaşdırılır.

Həmçinin yol polisləri tərəfindən sürücülər saxlanılaraq onlarla profilaktik söhbətlər aparılaraq nizam-intizama dəvət edilir.

Lüzumsuz yerə nəqliyyat vasitəsi idarə edənlərə xüsusi karantin rejiminin tələblərinə əməl edərək "evdə qal" kampaniyasına qoşulmaq tövsiyə olunur.

BAKU.WS
QALEREYA