VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə şəhərində taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin dezinfeksiyasına başlanılıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, avtobomillərin təkərlərinə, ön və arxa oturacaqlarına, habelə döşəmə və pəncərələrinə xüsusi dezinfeksiyaedici məhlul çilənərək, təmizlənib.

Gəncədə sərnişindaşıma ilə məşğul olan avtobuslarda da dezinfeksiya işləri səhər saatlarından həyata keçirilib. İctimai nəqliyyat vasitələrinin döşəmə, oturacaq və tutacaqları xüsusi məhlulla dezinfeksiya olunub.

Koronavirus (COVİD -19) əleyhinə profilaktiki tədbirlər çərçivəsində həyata keçirilən dezinfeksiya işləri davam etdiriləcək.

Dezinfeksiya edici preparatların insan sağlamlığı üçün heç bir zərəri yoxdur.

BAKU.WS
QALEREYA