SİZİN REKLAM BURADA!
055 213 76 73


Koronavirus xəstəliyi ilə bağlı Gəncə şəhər Uşaq Evində dezinfeksiya tədbirlərinə başlanılıb.

Bu barədə BAKU.WS-in bölgə müxbirinə Uşaq Evinin direktoru Nazilə İsmayılova məlumat verib.

Onun sözlərinə görə, aparılan profilaktik tədbirlər çərçivəsində müəssisə dezinfeksiya olunub: "Artıq 3 dəfə uşaq evində dezinfeksiya işləri görülüb. Bundan əlavə burada çalışan işçilər bütün ləvazimatlarla təmin olunub.

Qapalı müəssisəyik bu baxımdan mart ayının 14-dən uşaq evinə giriş-çıxışlar dayandırılıb, uşaqlarla təmas tamamilə minimuma endirilib.

Uşaq evinə qonaqlar tərəfindən göndərilən ərzaqlarda tamamilə dayandırılıb".

BAKU.WS