VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması ilə bağlı son günlər sosial şəbəkələrdə aparılan əsassız müzakirələr və bununla əlaqədar əsgər valideynlərinin narahatlığını nəzərə alaraq, Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan Ordusunda xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasında hazırda hər hansı bir dəyişiklik nəzərdə tutulmayıb.

Nazirlikdən BAKU.WS-in sorğusuna cavab olaraq qeyd edilib ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının aprelin 1-dən başlayaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ehtiyata buraxılması planlaşdırılır.

BAKU.WS