SİZİN REKLAM BURADA!
055 213 76 73


Korona virusu ilə bağlı Gəncədə fəaliyyət göstərən notariusların fəaliyyətində müəyyən dəyişiklik edilib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, notariatlarda xüsusi növbələr yaradılıb.

Belə ki, bu qurumla işi olan şəxslər tək-tək buraxılır, vətəndaşların əlləri spirtlənir, məhz bundan sonra onlara xidmət göstərilir.

Bundan əlavə notariat kontorlarda dezinfeksiya işləri də aparılıb.

Bildirək ki, notariat kontorların fəaliyyətlərində dəyişiklik Ədliyyə Nazirliyinin təlimatına uyğun aparılır.

BAKU.WS
QALEREYA