SİZİN REKLAM BURADA!
055 213 76 73


Koronavirusa görə Gəncə şəhərində fəaliyyət göstərən özəl xəstəxanalarda karantin elan olunub.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, xəstələrlə yaxınlarının görüşləri məhdudlaşdırılıb.

Bundan əlavə şübhəli xəstələrlə bağlı Bakıya məlumatlar verilir.

Aparılan tədbirlər çərçivəsində xəstəxanaya müraciət edənlər xüsusi nəzarətdən keçirilir, onların hərarətləri ölçülür.

Ayrıca özəl xəstəxanalarda dezinfeksiya işlərinə başlanılıb.

Məlumat üçün bildirək ki, Gəncə şəhərində iki özəl xəstəxana fəaliyyət göstərir.

BAKU.WS