SİZİN REKLAM BURADA!
055 213 76 73


İran İslam Respublikası və İtaliyadan qayıdan dörd nəfər Azərbaycan Respublikasının vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə BAKU.WS-ə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

Həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdiriliblər. Hazırda onların səhhəti normaldır, müalicələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Bundan əvvəl xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşının səhhəti stabil ağır olaraq qalır. Xəstə ciddi nəzarət altında saxlanılır və müalicəsi ilə bağlı zəruri tədbirlər görülür.

Koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.

BAKU.WS