SİZİN REKLAM BURADA!
055 213 76 73


Kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində Gəncə şəhərində fəaliyyət göstərən ictimai nəqliyyatda dezinfeksiya işlərinə başlanılıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu məqsədlə ölkənin ikinci böyük şəhərinin əsas avtobus parkında gündəlik sərnişin daşıma ilə məşğul olan avtobuslar sanitar-epidemoloji vəziyyət nəzərə alınaraq dezinfeksiya edilir.

Xüsusi tərkibli dərman məhlulu vaistəsi ilə avobusların salonu, oturacaqlar, sürücü kabinəsi dezinfeksiya olunur.
Dezinfeksiya işləri avtobuslar xəttə buraxılmadan bir neçə saat öncə, daha dəqiq desək, səhər saat 6 radələrində aparılır.

Məhz bundan sonra avtobuslar xəttə buraxılır. Prosesin gedişinə Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin həkimləri də nəzarət edir.

Bildirək ki, bu gün Gəncə şəhərində müxtəlif sərnişin daşıma ilə məşğul olan müxtəlif şirkətlərə məxsus yüzdən artıq avtobus və mikro avtobuslar var.

İctimai nəqliyyatda dezinfeksiya tədbirləri mütəmmadi şəkildə davam etdirilir.

BAKU.WS
QALEREYA