SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 46 yeni yoluxma faktı qeydə alınıb, 61 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, nəticələri müsbət çıxan iki nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 822 954 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 662 nəfər müalicə olunaraq sağalıb, hazırda 355 aktiv xəstə var. Bu günə qədər 9 937 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 886, bu günə qədər isə ümumilikdə 7 305 712 test icra olunub.

BAKU.WS