VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 72 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 821 937 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 379 nəfər müalicə olunaraq sağalıb, hazırda 631 aktiv xəstə var. Bu günə qədər 9 927 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 848, bu günə qədər isə ümumilikdə 7 266 943 test icra olunub.

BAKU.WS