SİZİN REKLAM BURADA!
055 213 76 73


"Yay mövsümü olduğundan insanlar daha çox kütləvi tədbirlərə üz tutur. Bu səbəbdən koronavirusa yoluxma saylarında nisbətən artım qeydə alınır".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, ümumilikdə ölkədə epidemioloji vəziyyət sabitdir: "Ağırlaşmalar, demək olar ki, yoxdur. Hospitalizasiya olunanların sayı çox azdır. Hesab edirik ki, epidemioloji vəziyyət tam nəzarətdədir. Təbii ki, hər hansı bir sıçrayış olsa, uyğun şəkildə müvafiq addımlar atılacaq".

BAKU.WS