SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda son gündə koronavirus əleyhinə 22 vaksin vurulub.

BAKU.WS Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata istinadən xəbər verir ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 15 nəfərdir.

Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunan isə olmayıb.

İndiyədək vurulan vaksinlərin ümumi sayı 13 653 722, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 340 341, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 4 840 612, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 232 387, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 240 382 nəfərdir.

BAKU.WS