SİZİN REKLAM BURADA!
055 213 76 73


Koronavirus xəstəliyinin ilkin simptomları olan bəzi vətəndaşlar həkimə müraciət etmədən ev şəraitində müalicə olunurlar.

BAKU.WS xəbər verir ki, öskürək, halsızlıq və boğaz və əzələ ağrıları zamanı həkim resepti olmadan "Paracetamol" və "Strepsis" kimi ağrıkəsicilərdən istifadə edirlər.

Nəticədə vətəndaşlar öz vəziyyətlərini ağırlaşdırmış olurlar. Üstəlik virusun yayılmasına da şərait yaradırlar.

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, dərman qəbulu həkim nəzarətində olmalıdır: "Özbaşına reseptlərdən istifadə etmək, antibiotik vurmaq təhlükəlidir. "Paracetamol"un həddən çox qəbulu qara ciyəri zədələyə bilər. ABŞ-da statistikaya görə, bu dərmanın qəbulundan ildə 500 nəfər həyatını itirir".

BAKU.WS