VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 42 vaksin vurulub.

BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 4 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 11 346 285, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 169 401, ikinci mərhələ üzrə 4 676 609 nəfər təşkil edir.

Ümumilikdə isə 1 500 275 “buster” doza vurulub.

BAKU.WS