SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 591 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 190, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 401 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 195 023, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 964 341, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 230 682 təşkil edir.

BAKU.WS