SİZİN REKLAM BURADA!
055 213 76 73


Jurnalist Elnur Əşrəfoğlu dünyasını dəyişməyib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Yeni Klinika"dan məlumat verilib.

Bildirilib ki, onun vəziyyəti hazırda ağır kritikdir.

***

19.05

Tanınmış jurnalist Elnur Əşrəfoğlu koronavirusdan vəfat edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. O, 47 yaşında müalicə aldığı "Yeni Klinika"da dünyasını dəyişib.

Qeyd edək ki, E.Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb. Jurnalist oktyabrın 11-də ECMO cihazından ayrılıb.

Uzun müddət AzTV-də çalışmış Elnur Əşrəfoğlu “Neftçi”nin mətbuat katibi kimi də fəaliyyət göstərib. 2015-ci ildə Azərbaycan Cüdo Federasiyasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri təyin olunan Əşrəfoğlu 2018-ci ildən qurumun baş katibinin müavini vəzifəsini yerinə yetirirdi.

BAKU.WS