SİZİN REKLAM BURADA!
055 213 76 73


Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə keçirilən tədbirlər nəticəsində koronavirus xəstəsinin ictimai yerlərdə olması aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktiki tədbirlərlə koronavirus testi müsbət çıxmış və ev şəraitində müalicə təyin edilmiş rayonun Bahar qəsəbə sakini Nizami İmanovun karantin qaydalarına zidd davranaraq müalicə aldığı ünvanı tərk etdiyi müəyyən olunub.

Həmin şəxslə izahedici söhbətlər aparılıb və yaşadığı ünvana geri qaytarılması təmin edilib.

Faktla əlaqədar Beyləqan RPŞ-də araşdırmalar aparılır.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı da yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad rayon sakini T.Məmmədova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb

Onun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

BAKU.WS
QALEREYA