SİZİN REKLAM BURADA!
055 213 76 73


COVID-19 pasportunun yoxlanılması üçün “ASAN İcazə” mobil tətbiqi hazırlanıb.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda bu sistem üzərində işlənilir.

“Çalışmışıq, hər kəs bundan rahat istifadə etsin. Mobil telefona proqram tətbiqi yüklənir. COVID-19 pasportu həm kağız formasında yoxlanılacaq, həm də onun üzərindəki QR kod vasitəsilə, yaxud da şəxsiyyət vəsiqəsinin FİN kodu vasitəsilə yoxlanılacaq.

Yaşı 18-dən yuxarı olan şəxslərin COVID-19 pasportunun olub-olmaması Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan “ASAN İcazə” mobil tətbiq vasitəsilə yoxlanılacaq.

Yalnız COVID-19 pasportu olduğu təqdirdə şəxs qeyd olunan məkanlara buraxılacaq. COVID-19 pasportu dedikdə vətəndaşın iki peyvənd dozası vurulduqdan sonra həmin tibb müəssisəsi tərəfindən verilən sertifikatdır.

BAKU.WS