SİZİN REKLAM BURADA!
055 213 76 73


Pandemiya səbəbilə, ötən ilin mart ayından etibarən Azərbaycanda quru sərhədlər bağlanıb. Nazirlər kabineti yanında Operativ Qərargahın, sərt karantin qaydalarının yumşaldılması istiqamətində qəbul edilən qərarları da sərhədərin açılmasına aid edilmədi.

BAKU.WS xəbər verir ki, bu haqda “ARB24” kanalına açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.

O xarici ölkələrə gediş-gəlişin bərpa edilməsi üçün ilk növbədə PCR testi və Covid-19- pasportunun olmasının vacibliyini vurğulayıb. Yalnız insanlarda hər iki sənəd mövcud olduqdan sonra sərədlərin açılması istiqamətində müəyyən işlərin görülə biləcəyinin mümkünlüyünü bildirib:

“Bu gün dünya və ölkəmiz üçün xarakterik olan epidemioloji vəziyyət, getdikcə artan yumşaldılma tədbirlərinin həyata keçirilməsinə imkan yaradır. Ölkəmizdə də iyunun 1-i və 10-dan etibarən qapalı məkanlara tətbiq edilən sərt karantin qaydalarında yumşaldılmalara gedildi. Quru sərhədlərin açılması məsələsinə gəlincə isə, bu aidiyyatı qurumlar və Nazirlər kabineti yanında Operativ Qərargahın nəzdində veriləcək qərarlardır. Onlar haqqında konkret nəsə deyə bilmərəm.

Bəzən insanlarda sual yaranır ki, “Əgər Covid-19 passportumuz varsa, xarici ölkəyə səfər etmək üçün PCR analizi nəyə lazımdır?” Mən buna tibbi nöqteyi nəzərdən aydınlıq gətirmək istəyirəm. Hamıya məlumdur ki, peyvənd olunmaq bizi virusa yoluxduğumuz zaman səhhətimizin daha da ağırlaşmasının qarşının almağa kömək edir. Bundan əlavə peyvənd olunan insanlar yoluxma ehtimalları olsa da, yoluxduqları zaman ətrafa yaydıqları virus yükü azladığına görə daha az yayma xüsusiyyəti az olur.

İsrail nümunəsində olduğu kimi vaskiansiyanın kütləvi şəkildə həyata keçirən ölkələr həm xəstəliyi yayma , yayıldığı zaman onun fəasadların və ölüm səbəblərini azaltdığına görə vaksinin bu qədər vacib olduğunu bildirirlər. Digər tərəfdən isə xarici ölkəyə gedərkən vaksin olunmuş olsaq belə bu yoluxmayacağımıza qarantia vermir.

Təyyarəyə mindiyimiz zaman əgər PCR testi verməmiş olsaq, peyvəndlənmiş olsaq belə üzərimizdə olan virusları ətrafa yaymaq ehtimalına görə PCR analizinin 48 yaxuda da 72 saat içində edilməsi zərurəti yaradır. Ona görə də bu gün Gürcüstan höküməti də doğru qərar verib. Quru sərhədlər açılarsa xəstəxanaların reanimasiya şöbələri dolmasın deyə PCR testi tələb edir. Xarici ölkələr PCR analizibi tələb etməklə vətəndaşlarını yoluxma ehtimalından, Covid-19 pasportu tələb etməklə isə yoluxmadan qoruyur”.

BAKU.WS
VİDEO