SİZİN REKLAM BURADA!
055 213 76 73


“Son həftələr Hindistandakı yoluxma sayı bizi narahat edir. Bunu çox narahatlıqla izləyirik".

BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, Hindistanda hər gün yoluxma və ölüm saylarında rekordlar qırılır:

"Artıq rəsmi olaraq təsdiq olunub ki, Hindistanda virusun yeni mutasiyası qeydə alınıb. Mutasiyalar viruslara xas olan prosesdir. Hələ ki, Hindistanda aşkarlanan mutasiya və ştammın xəstəliyin ağırlaşmasına səbəb olması ilə bağlı araşdırmalar yoxdur. Azərbaycanda da bunu aşkarlamaq üçün testlər aparılır. Ancaq hələ buna rast gəlinməyib. Yeni məlumat olsa, açıqlama verəcəyik".

BAKU.WS
VİDEO