VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 15 871 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6711, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9160 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 456 114, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 953 545, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 502 569 təşkil edir.

BAKU.WS