VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub.

BAKU.WS “azxeber.com”a istinadən xəbər verir ki, müğənni vəziyyətinin hələlik yaxşı olmadığını deyib:

“Bu koronavirus Allahın bəlasıdır, hamının qarşısına çıxır. Məni çox yormayın, xahiş edirəm, hazırda ev şəraitində müalicə oluram, həkim nəzarəti altındayam, inşallah, yaxşı olar”.

Müğənni maskasız canlı efirdə qonaq olduğu zaman koronavirusa yoluxduğunu bildirib:

“Məni telekanalların verilişlərinə dəvət etdilər, canlı yayım idi.

Bayırdan maskayla gəldik telekanala, studiyaya daxil olanda bizdən maskaları çıxarmağı tələb etdilər. Maskamı çıxartdırdılar ki, indi bu dəqiqə canlı yayım başlayacaq.

Mən də məcbur çıxartdım. Canlı oxutdurmaq istədilər, mənim mikrofonum başqa müğənninin mikrofununa, başqa müğənnilərin mikrofonu mənimkinə qarışdı. Beləcə aləmi qatdılar bir-birinə. Allah cəzalarını versin”.

Qeyd edək ki, əməkdar artist B.Əşrəfov 10 gündən artıqdır ki, koronavirusa yoluxub.

BAKU.WS