SİZİN REKLAM BURADA!
055 213 76 73


"Gənclər arasında koronavirusa yoluxanların sayının artmasının bir neçə səbəbi var. Havalar artıq istiləşir və insanlar çöldə daha uzun müddət qalırlar. Əvvəl karantin şəraiti olsa da, həm də qış fəsli idi və havalar tez qaralırdı, hamı evinə getməyə üstünlük verirdi. Hazırda havalar istiləşir və çöldə kontaktlar çoxalır".

BAKU.WS xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "İşgüzar səhər" verilişində qonaq olan həkim Samir Əsgərov bildirib.

"Gənclər arasında bir məsələ də var ki, xəstəliyə barmaq arası baxırlar. Buna görə dezinfeksiya və gigiyenik vasitələrdən az istifadə edirlər", - deyə o əlavə edib. 

BAKU.WS
VİDEO