SİZİN REKLAM BURADA!
055 213 76 73


Pandemiya şəraitində kütləvi şəkildə keçirilən imsak və iftar məclislərindən imtina etmək savabdır.

Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında İlahiyyat İnstitutunun müəllimi İbrahim Quliyev deyib.

O bildirib ki, bu dönəmdə həkimlərin tövsiyələrinə əməl etmək vacibdir:

“Pandemiyada Ramazanın əsas qaydaları pozulmur. Şəriətin buyurduğu vacib əməlləri yerinə yetirə bilirik. Sadəcə birlikdə imsak etmək, kütləvi şəkildə toplanıb iftar etmək kimi öz-özlüyündə savab olan bəzi əməllərdən məhrum oluruq. Bu məclislərdə iştirak etmək təhlükəli vəziyyət yaradırsa, xəstəliyin artmasına səbəb olursa, hətta ehtimal olsa ki, orada iştirak etmək yoluxmaya səbəb olur, onda bu işdən imtina etmək savabdır. Çünki insan sağlamlığı mühüm məsələdir”.

İ.Quliyev onu da qeyd edib ki, bu ay savab qazanmaq istəyən şəxslər kimsəsizlərə və yoxsullara yardım edə bilər:

“Bu ay dövlətin və dinin qayda-qanununa əməl etmək, ailə ilə birlikdə iftar etmək savabdır. Bundan başqa əlavə savab qazanmaq üçün yoxsullara və kimsəsizlərə nağd pul və ya ərzaq formasında ehsan vermək olar”.

BAKU.WS
VİDEO