SİZİN REKLAM BURADA!
055 213 76 73


Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı koronavirusdan vəfat edib.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, Nazirliyin Nərimanov Rayon Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşı 1990-cı il təvəllüdlü Oqtay Quliyev bir müddət əvvəl COVID-19 virusuna yoluxub.

Xəstəxanaya yerləşdirilməsinə və həkimlərin göstərdikləri bütün səylərə rəğmən nazirliyin gənc əməkdaşı koronavirusdan vəfat edib.

Məlumatı FHN mətbuat xidmətindən təsdiq ediblər.

BAKU.WS