SİZİN REKLAM BURADA!
055 213 76 73


"Sosial şəbəkələrdə açıq havada maska taxılmasına etiraz olaraq başladılan müzakirələr çaxnaşma yaratmaqdan başqa bir şey deyil".

BAKU.WS xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Aqil Axundov deyib. O bildirib ki, praktik olaraq insanların açıq havada tək olma ehtimalı çox az olduğundan maskadan imtina etmək doğru addım olmaz.

Həmçinin peyvəndin gələcəkdə insan səhhətində hansısa fəsadlar yaradacağı barədə iddiaların tamamilə əsassız olduğunu deyən həkim yalnız peyvənd vurulan gün yüngül reaksiyaların müşahidə edildiyini bildirib:

“Peyvənd olunan şəxslər koronavirusa yoluxsa da, çox yüngül keçirəcək. Hətta ola bilər ki, onlar heç bir əlamət hiss etməsin. Peyvənd olunan gün isə çox yüngül reaksiyalar, yəni hərarətin qalxması, əzələ ağrıları, ümumi zəiflik və iynənin vurulduğu nayihədə ağrılar ola bilər”.

A.Axundov bu günədək ölkəmizdə virusa yoluxan şəxslərin 1.36 faizinin həyatını itirdiyini qeyd edib.

O, son vaxtlar ölüm hallarının artmasının səbəbinin xəstəliyi ağır keçirən və yanaşı xəstəlikləri olan şəxslərin sayının çox olması ilə əlaqəli olduğunu bildirib.

BAKU.WS
VİDEO