SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar mədəniyyət işçisi, “İRS” folklor ansamblının rəhbəri Sidqi Mustafayev vəfat edib.

BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, tarzən koronavirus infeksiyasına yoluxub. O, 73 yaşında dünyasını dəyişib.

S.Mustafayevin qızı Hökümə xanım Axşam.az-a açıqlamasında bildirib ki, atası 10 gündür ki, xəstəxanada müalicə alırdı:

“Bacım Təravət virusdan vəfat etdi. Yeddi gün əvvəl anam Lətifə xanım da koronavirusdan dünyasını dəyişdi. O, 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alırdı. Atamı isə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirmişdik. Xilas edə bilmədilər”.

BAKU.WS