SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Azərbaycanda daha 35 min 780 nəfər koronavirus infeksiyasına qarşı vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 min 469, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 23 min 311 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 924 min 813-dür. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 582 min 463, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 342 min 350 nəfərdir.

BAKU.WS