SİZİN REKLAM BURADA!
055 213 76 73


Koronavirusun əlamətlərində və gedişatında dəyişikliklər baş verib.

BAKU.WS xəbər verir ki, bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Aqil Axundov deyib.

“Sentyabr-dekabr aylarında yazdığımız müalicələrə bu gün başqa cür reaksiya verilir. Virusun müəyyən mutasiyaya uğraması prosesi baş verib və nəticədə xəstəliyin siması və insanların müalicəyə reaksiyası dəyişib”, - deyə o bildirib.

A.Axundov onu da qeyd edib ki, ölkədə yoluxma sayının artmasının əsas səbəbi ictimai nəqliyyat deyil:

“Deyirdilər ki, yoluxma sayının artmasının əsas səbəbi ictimai nəqliyyatdır. Bəs bayram günlərində avtobuslar işləmədiyi halda yoluxma sayının artmasının səbəbi nə idi?! Bu, onu göstərir ki, ictimai nəqliyyat yoluxma sayının artmasında yalnız səbəblərdən biri ola bilər, heç vaxt əsas səbəb ola bilməz”.

BAKU.WS
VİDEO