SİZİN REKLAM BURADA!
055 213 76 73


Lənkəranda çay evində və “Playstation” oyun zallarında karantin rejiminin tələbləri pozulub.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı rayon ərazisində yerləşən bir çay evində karantin rejim qaydalarına zidd olaraq qəlyan xidmətinin göstərildiyi, dörd “Playstation” oyun zalında isə tibbi maska ilə bağlı tələblərin pozulduğu aşkar edilib.

Həmin obyektlərdə 10 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.

BAKU.WS