VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün COVID-19-la mübarizədə vaksinasiya xüsusi rol oynayır. Artıq dünyada, eləcə də Azərbaycanda vaksinasiya prosesinə başlanılıb. Yanvarın 18-dən vaksinasiyaya başlayan ölkəmiz ən təhlükəsiz və yüksək effektivliyə malik “SinoVac”dan istifadə etdi.

COVAX platforması çərçivəsində isə - 1 milyon insan üçün 2 milyon doza vaksinin alınıb ölkəmizə gətirilməsi nəzərdə tutulub. Yəni razılaşdırılan protokol əsasında bu ilin birinci rübündə Azərbaycana vaksinlərin ilk partiyası verilməli idi. Lakin bir müddət keçməsinə baxmayaraq, hələ də COVAX Azərbaycana vaksin təqdim etməyib. Son günlər Ümumdünya Səhiyyə Təşkilatından Azərbaycan tərəfinə verilən məlumata görə isə ölkəyə vəd ediləndən daha az sayda vaksin göndəriləcək və hətta bunun nə vaxt veriləcəyi də məlum deyil.

Maraqlıdır ki, Gürcüstana artıq COVAX vaksininin ilk partiyası çatdırılıb. Əlbəttə belə yanaşma qeyri-ciddidir.

Məsələ ilə bağlı Adil Qeybulla Baku TV-yə bildirib ki, əslində COVAX platforması ilə biz bir çox vaksinlərin alınmasını təmin etməli idik:

“İndiyə qədər biz heç yerdən bu vaksini ala bilməmişik. Biz yalnız öz gücümüzlə, qardaş Türkiyənin köməkliyi ilə Çindən vaksin əldə edə bilmişik. Yəni bütün bunlar ikili standartlardır. Necə ki, illərlə Azərbaycanın ərazi bütövlüyünə belə yanaşma vardır”.

Mütəxəssislər deyir ki, Azərbaycan dövləti COVAX-ın veriləcəyini gözləmədən öz işini sığortalayıb və Çindən lazımi sayda vaksini vaxtında tədarük edib, proses hələ də davam edir. Gələcəkdə Rusiyadan da vaksin alınacaq. Lakin hazırkı reallıqda COVAX vaksinlərin ədalətli bölgüsünü təmin edə bilmir.

Qeyd edək ki, artıq ölkədə yarım milyona yaxın insana vaksin vurulub və proses davam edir.

BAKU.WS
VİDEO