SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 57 yeni yoluxma faktı qeydə alınıb, 273 nəfər müalicə olunaraq sağalıb.

BAKU.WS Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 229032 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 220565 nəfər müalicə olunaraq sağalıb, 3093 nəfər vəfat edib, aktiv xəstə sayı 5374 nəfərdir.

Ölkədə son sutka ərzində 3257, hazırkı dövrədək isə 2364809 test aparılıb.

BAKU.WS