SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda son sutkada koronavirusa 287 yeni yoluxma faktı qeydə alınıb, 568 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 228 975 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 220 292 nəfər müalicə olunaraq sağalıb, 3 082 nəfər vəfat edib, aktiv xəstə sayı 5 601 nəfərdir.

Ölkədə son sutka ərzində 7 079, hazırkı dövrədək isə 2 361 552 test aparılıb.

 

BAKU.WS