SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün koronavirusa qarşı vaksinasiya olunan səhiyyə naziri Oqtay Şirəliyev sonradan mətbuata açıqlama verib.

BAKU.WS xəbər verir ki, nazirin sözlərinə görə, vurulan vaksinlər kifayət qədər təhlükəsizlikdir.

"Ölkə rəhbərliyinin səyi nəticəsində Azərbaycan da ən zəngin ölkələr siyahısına daxil olaraq vaksinasiyaya başlayıb.

Sinovac vaksini çox effektlidir, bu vaxta kimi heç bir fəsad aşkar edilməyib. Ola bilər, bir neçə şəxs vaksinin ilkin dozasından sonra virusa yoluxub, amma onlar da xəstəliyi yüngül keçirirlər. İnsanları dəvət edirik ki, vaksinasiyaya qoşulsunlar. Jurnalistlər də insanlarla sıx münasibətdə olurlar, sizi vaksinasiyaya qoşulmağa dəvət edirəm”, - deyə nazir bildirib.

BAKU.WS
VİDEO