VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COVID-19-a qarşı Çində hazırlanmış “Sinovac” vaksini kliniki sınaqlardan uğurlu keçdiyinə görə artıq bir çox ölkənin marağına səbəb olub.

Nəzərə alsaq ki, sınaq mərhələsi üçün bir çox vaksinlər hazırlanıb, lakin onlar arasında effektivlik səviyyəsinə görə ilk sıralarda gələn məhz “Sinopharm” şirkəti tərəfindən istehsal edilən “Sinovac” vaksinidir.

Vaksinin əsas üstünlükləri arasında sürətli immun cavab reaksiyasının olmasıdır. Vaksin daha çox ölkədə kliniki testdən uğurlu şəkildə çıxıb, soyuducuda 2-8 dərəcə temperaturda saxlanıla bilməsi daşınmasını asanlaşdırır (“Pfizer” -70 dərəcədə saxlanılmalıdır).

Artıq bir çox ölkələr bu vaksini sifariş edib. Bəs görəsən vaksin Azərbaycanda yoluxma sayının hansı səviyyədə azalmasına təsir edəcək?

BAKU.WS xəbər verir ki, həkim-infeksionist Nicat Əzimli “oxu.az”a açıqlamasında bildirib ki, digər vaksinlərlə müqayisədə “Sinovac” ilk üç mərhələdən uğurla keçib:

“Ümumiyytlə, vaksinlər dörd mərhələdən keçirilir. Üç mərhələdən uğurla keçən vaksinlər nisbətən geniş əhali qruplarında istifadə olunur. Dördüncü mərhələdə isə artıq milyonları əhatə edən əhali qruplarında vaksinlərin tətbiqi aparılır. “Sinovac” vaksini üçüncü mərhələdə uğurlu olduğu üçün minlərlə əhali qrupu üzərində sınaqdan keçirilib.

Fikrimcə, digərləri ilə müqayisədə üçüncü mərhələdən uğurla keçdiyinə görə “Sinovac” vaksini daha effekti olacaq”.

İnfeksionist onu da qeyd edib ki, bundan başqa, ölkə üzrə gündəlik yoluxma sayında azalma müşahidə edilir:

“Karantin qaydalarının sərtləşdirilməsi gündəlik yoluxma sayının azalmasına təsir göstərən amillərdən biridir. Təbii ki, bu məqamı da qeyd etmək lazımdır. “Sinovac” vaksini ən yüksək müsbət rəy alan vaksindir. Çin istehsalı olan preparat ən bahalı vaksinlərdən biridir. Eyni zamanda kollektiv immunitet deyilən anlayış demək olar ki, formalaşıb. İmmunizasiyanın getməsi də vaksinlərin tətbiqində effektivliyin bir qədər də artmasına kömək edəcək deyə düşünürəm”.

Xatırladaq ki, Çinin verdiyi məlumata görə, 100-dən çox ölkə Türkiyə, İndoneziya, Braziliya, Çili, Sinqapur, Malayziya, Filippin, Ərəb Körfəzi və digər dövlətlər “Sinovac” vaksinini sifariş ediblər. İstehsalçı “Sinopharm” şirkəti açıqlama verib ki, artıq 500 milyon doza vaksin istehsal olunub.

Bundan başqa Çin “Sinovac”ın iyul ayından yüksək risk qrupları üçün istifadə olunduğunu təsdiq edib. Çinin Milli Sağlamlıq Komissiyasının rəsmisi Zheng Zhongwei bildirib ki, 1 milyondan çox insan peyvənd olunub, ciddi mənfi təsir qeydə alınmayıb.

Əksinə, diqqəti cəlb edən məqam odur ki, hazırda Çində gündəlik yoluxmaların sayı 20-30 nəfər arasındadır. Bu, dünya üzrə ən aşağı göstəricilərdən biridir.

BAKU.WS