SİZİN REKLAM BURADA!
055 213 76 73


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qarşıdakı 3 ayın kritik olacağını bəyan edib. Qış fəslində yoluxma və artım tempinin yüksəlməsi çox riskli olacaq.

BAKU.WS xəbər verir ki, yoluxma faizinin bu aylarda 1-ə 3 artacağı ehtimal olunur.

Bəs bu zaman nələrə diqqət yetirmək lazımdır? İnsanlar yoluxmamaq üçün və yoluxarkən hansı məsələlərə diqqət yetirməlidir?

Türkiyənin Hacettepe Xəstəxanasının həkimi Türanə Rəsulova bilirib ki, ÜST-ün xəbərdarlığında növbəti 3 ayın çox təhlükəli olacağı qeyd edilib:

"Bu ona görə deyil ki, havalar soyuq keçəcək. Soyuq və ya isti hava bu virusa təsir etmir. Soyuq havanın təsirindən virusun yayılması artmır. Amma soyuq havada qapalı məkanlarda oluruq və havalandırma daha az olur. Bundan əlavə günəş işığına az məruz qalırıq. İmmunitetimiz nisbətən zəif olur.

Nəzərə alsaq ki, əhalinin böyük qismi yoluxduqca bu, həndəsi silsilə ilə artır, demək, növbəti mərhələdə daha çox insanın yoluxacaq. Bu baxımından vaksinlər tam istifadə olunana qədər növbəti 3 ay kritik olacaq.

Bəzi preparatlar var ki, onların qəbulu məsləhət görülür. Misal üçün, D vitaminini göstərmək olar. Günəş işığına məruz qalmadığımız üçün D vitamini aşağı olur. Ona görə D, C vitamini və sink kimi zərərsiz və orqanizmi gücləndirən preparatların istifadəsi uyğundur.

Amma özbaşına antibiotik və qandurulaşdırıcı dərmanların qəbulu çox ciddi fəlakətlərə gətirib çıxara bilər. Bütün araşdırmalar onu göstərir ki, antibiotiklərin lüzumsuz istifadəsi çox ciddi ağırlaşmalarla nəticələnir. COVID-19 xəstələrinin yalnız 8 faizində bakterial ağırlaşma olur. Antibiotiklər koronavirusu müalicə etmir. COVID-19 özü virusdur. Antibiotiklər bakteriyalar əleyhinə istifadə olunan maddələrdir. Onların lüzumsuz istifadəsi qara ciyər və böyrək funksiyalarında pozğunluğa gətirib çıxara bilər. Çünki həmin preparatlar mikrobiotanı öldürür, immuniteti aşağı salır".

Orxan Hüseyn
BAKU.WS