SİZİN REKLAM BURADA!
055 213 76 73


"Hazırda Azərbaycanda COVID-19 əleyhinə vaksinlərin seçimi və vaksinasiya strategiyası hazırlanır".

BAKU.WS xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.

TƏBİB sədri əlavə edib ki, növbəti brifinqlərdə bununla bağlı detallar ictimaiyyətə açıqlanacaq:

"Rusiya, ABŞ və Çin koronavirusa qarşı vaksin hazırlayır. Ənənəvi üsulla hazırlanan vaksinlərdə infeksiyaya səbəb olan törədicilər 2 metodla - attenuasiya (törədici zəiflədilir) və inaktivləşdirmə (törədici öldürülür) ilə zərərsizləşdirilir.

Bu vaksinlər daha təhlükəsizdir. Vaksinlərin bu günə qədər hər hansı əlavə təsiri müəyyən olunmayıb. "SinoVac" şirkətinin vaksini inaktiv virus, “BioNTech” vaksini sintetik kodla kimyəvi üsulla çoxaldılır. Həm qrip, həm də hepatit A, quduzluq vaksini, uşaq iflici əleyhinə vaksinlər geniş və təhlükəsiz istifadə olunanlardır”.

BAKU.WS